- Baxış sayı: 14
- 05 Dekabr 2025 16:20
- Baxış sayı: 79
- Dekabr 05, 2025
- 0

“Mançester Yunayted” və “Tottenhem” “Everton”un müdafiəçisi Carred Brentueytlə maraqlanır.
Allsport.az xəbər verir ki, 23 yaşlı ingilis futbolçunun özü bu keçidə müsbət yanaşmır.
Liverpul təmsilçisi də onu satmağa hazır deyil, lakin mümkün transfer haqqını 80 milyon avro olaraq qiymətləndirir.
Brentueyt bud əzələsindən aldığı zədədən sağalmağa davam edir və hələlik 2025/26 mövsümündə heç bir oyuna çıxmayıb. Onun “Everton”la müqaviləsi 30 iyun 2030-cu ilə qədərdir.