“BRICS idman oyunları”nın təntənəli açılışı

Qazanda “BRICS idman oyunları”nın təntənəli açılışı olub. Allsport.az saytı xəbər verir ki, mərasimdə Tatarıstan respublikasının pəisi Rüstəm Minimxanov və Rusiyanın idman naziri Mixail Deqtyarov çıxış ediblər.

Bu ölkənin inkişaf tarixini əks etdirən videonun nümayişindən sonra iştirakçı ölkələrin bayraqları hər bir ölkənin bayraqdarları tərəfindən səhnədə nümayiş olunub. Azərbaycan bayrağını avarçəkmə üzrə “Amber Oars” beynəlxalq reqatasının gümüş və bürünc mükafatçısı, “Prezident-kuboku-2015” beynəlxalq reqatasının qızıl mükafatçısı Ziya Məmmədzadə daşıyıb.

Ardınca Rusiya Federasiyasının prezidenti Vladimir Putin videomüraciətlə iştirakçılara uğurlar arzulayıb və yarışı açıq elan edib. 90-dək ölkədən 3000-dək idmançının mübarizə aparacağı oyunlara daxil olan növlərin təqlid olunduğu rəqslər nümayiş edilib.

Sonda idmançılar, hakimlər adından andiçmə olub və tədbir konsert proqramı ilə davam edib.

Həmin kateqoriyadan