- Baxış sayı: 43
- 13 Aprel 2025 22:21
- Baxış sayı: 74
- Aprel 14, 2025
- 0
“BP Azərbaycan” şirkəti ilə Milli olimpiya komitəsi arasında yeni əməkdaşlıq müqaviləsi imzalanıb. Allsport.az saytı xəbər verir ki, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə tədbirdə çıxışı zamanı BP-nin Azərbaycan idmanına göstərdiyi uzunmüddətli və ardıcıl dəstəyinin xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edib. Sitat:
“BP-nin Azərbaycanda tarixi ilə Milli olimpiya komitəsinin tarixi üst-üstə düşür. 30 ilə yaxındır ki, Milli olimpiya komitəsi və BP Azərbaycan şirkəti paralel şəkildə böyük inkişaf yolu keçib. Bu illər ərzində Azərbaycan idmanında xüsusilə də olimpiya oyunlarında böyük uğurlar qazanılıb.
Əgər BP-nin uğurları iqtisadi nəticələrlə ölçülürsə, MOK-un uğurları da olimpiya oyunlarında qazanılan medallarla ölçülür. BP Azərbaycan şirkəti ilə əməkdaşlığımız London-2012-dən başlayıb. Həmin vaxtdan etibarən BP bütün olimpiya oyunlarında bizim yanımızdadır və bizimlə əməkdaşlıq edir.
Biz bu əməkdaşlıqdan məmnunluq duyuruq. İnanıram ki, bu əməkdaşlığı bundan sonra da davam etdirə bilərik. Hər üç tərəfə – Milli olimpiya komitəsinə, Milli paralimpiya komitəsinə və BP Azərbaycan şirkətinə minnətdarlığımı bildirirəm”.