“Bu, bizə daha çox çətinlik yaradacaq”

DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində bu gün Tofiq Bəhramov adına respublika stadionunda keçiriləcək Azərbaycan – Fransa oyunu öncəsi təşkil olunan mətbuat konfransında millimizin baş məşqçisi Ayxan Abbasov görüş barədə fikrini açıqlayıb.

Allsport.az xəbər verir ki, o, azarkeşləri sevindirməyə çalışacaqlarını bildirib:

“Seçmə mərhələdə son oyunumuza çıxacağıq. Ağır qrupda yer almışıq. Fransa yığması da qrupun ən güclüsüdür. Bu komandaya qarşı səfərdə futbolçularımız yaxşı mübarizə aparmışdılar. Matçda rəqibin heyətində əsasən gənclər meydana çıxa bilər. Bu, bizə daha çox çətinlik yaradacaq. Çünki özlərini göstərməyə çalışacaqlar. Bizim isə heyətimizdə itkilər var. Buna baxmayaraq, azarkeş dəstəyi altında yaxşı mübarizə aparacağımıza inanıram. Belə komandalarla oyunlar gələcəyimiz baxımından vacib ola bilər. Biz bütün rəqiblərə qarşı hazırlaşanda xal qazanmaq istəyirik. Futbolda hər şey mümkündür. Azarkeşlərimizi sevindirməyə çalışacağıq”.

Həmin kateqoriyadan