- Baxış sayı: 33
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 50
- Dekabr 05, 2025
- 0

“Mübarizəli oyuna şahidlik etdik. Hər iki komanda meydanda yaxşı iş gördü. Bəzi epizodlarda diktə edən tərəf idik. “Turan Tovuz”u da qeyd etmək lazımdır. Təzyiq yaratdıqdan sonra epizodlara girdilər. Ümumiyyətlə “Turan Tovuz” ağır komandadır. Bu gün hər iki tərəf 1 xal qazandı”.
Allsport.az xəbər verir ki, bunu “Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev “Turan Tovuz”la 1:1 hesablı oyundan sonra deyib.
“İkinci hissədə hesabı qorumaqla bağlı futbolçulara xüsusi bir tapşırıq verilməmişdi. Aqressiv idik, ancaq epizodları dəyərləndirə bilmədik. Rəqib də əvəzetmələrdən sonra oyunun axarını dəyişə bildi. Bunlar hamısı oyunda olan elementlərdi.
Heyətimizdə itkilər var idi, ona görə müəyyən rotasiyalar etmişdik. Yenə deyirəm, hər iki komanda yaxşı oyun nümayiş etdirdi.
Klub rəhbərliyi də, komanda üzvləri də istəyir ki, oyunları doğma məkanda – Naxçıvanda keçirək. Azarkeşlər önündə oynamaq da komandaya əlavə impuls verir. Ancaq bu bizim həll edəcəyimiz məsələ deyil.
Komanda şəklində daha iddialı, üst sıralarda ola bilərik. Hələ mövsümun heç yarısına çatmamışıq. Turnir cədvəlində komandalar bir-birinə yaxındır.
Hakimliklə bağlı danışsaq, futbol yaddan çıxacaq. Bu gün xırda epizodlar oldu ki, hər iki tərəf etirazını bildirdi. Ancaq Rəvan işinin öhdəsindən gəldi, oyunu korlamadı”.