- Baxış sayı: 41
- 05 Dekabr 2025 23:20
- Baxış sayı: 41
- Dekabr 05, 2025
- 0

“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq çempionlar liqasının 1/4 final mərhələsinin cavab oyununda PSJ-yə uduzmasını (1:4) şərh edib.
Allsport.az xəbər verir ki, o, qələbə qazanacaqlarına inandıqlarını bildirib:
“Bu, böyük zərbədir, çünki biz irəliləyəcəyimizə tam əmin idik. Qırmızı vərəqədən sonra nəticəni qorumağa çalışsaq da, alınmadı. Özümüzü bir araya toplamaq və qalib gəlməyə çalışmaq, növbəti mövsümdə daha yaxşı çıxış etməkdən başqa çarəmiz yoxdur”.