“Bu dəfə çalışacağıq ki, biz qalib gələk”

Kişi voleybol millimizin bloqçusu Mərdan Məmmədov qitə çempionatının ələməsinə təlim-məşq haqqında danışıb. Allsport.az saytı xəbər verir ki, o, yarışa hazırlığın yaxşı keçdiyini deyib:

“Bir neçə gün sonra Avropa çempionatının təsnifat mərhələsində ilk oyunumuz olacaq. Ötən həftə Tiflisdə toplanışında olduq. Orada Gürcüstan yığması ilə bir neçə yoxlama oyunu keçirdik və qələbə qazandıq.

Komandada əlval-ruhiyyə yaxşıdır. Rəqiblərimizi analiz edirik. Belçika millisi ilə Qızıl Avropa liqasında qarşılaşmışdıq və rəqib qalib gəlmişdi. Bu dəfə çalışacağıq ki, biz qalib gələk.

Avstriya millisi də güclü komandadır. Hər iki qarşılaşmada gözəl oyun göstərib qalib gəlmək üçün əlimizdən gələni edəcəyik”.

Həmin kateqoriyadan