“Bu, futbolçular üçün böyük məsuliyyətdir”

Azərbaycan premyer liqasının X turunun “Qarabağ” – “İmişli” oyunundan (2:0) sonra Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Allsport.az xəbər verir ki, 53 yaşlı mütəxəssis qarşılaşma barədə fikrini açıqlayıb:

““Çelsi” ilə ciddi oyun öncəsi bu matçın yerinin dəyişdirilməsinə razı olduqları üçün rəqibin baş məşqçisinə və rəhbərliyinə təşəkkür edirəm. Vacib qalibiyyət idi. Çox intizamlı komandaya qarşı oynayırdıq.

İlk yarıda çox yaxşı müdafiə olunurdular, əks-hücumlar qururdular. Oyundan qopmadıq, sonadək nizam-intizamı qorumağa çalışdıq. İkinci hissədə temp artdı, topla daha tez oynamağa başladıq və sonda qalibiyyət əldə etdik.

Çox vacib idi. Hər oyun göstərir ki, daha ciddi olmalı, hər rəqibə qarşı daha yaxşı hazırlaşmalıyıq. Bu, futbolçular üçün böyük məsuliyyətdir. Qarşıdakı görüşlərdə də liderlər sırasında mübarizəmizi davam etdirəcəyik”.

Həmin kateqoriyadan