“Bu günədək koronavirusla ciddi xəstələnmə halı qeydə alınmayıb”

“Bu günədək Tokio oyunlarında koronavirusla ciddi xəstələnmə halı qeydə alınmayıb”. Allsport.az saytı xəbər verir ki, bunu təşkilat komitəsinin baş direktoru Toşiro Muto deyib. O, hər şeyin qaydasında getdiyini söyləyib:

“İyulun 1-dən 31-dək aeroportlarda ümumilikdə 41 min 151 nəfərdən test götürülüb. Onlardan yalnız 0,08 faizində yoluxma aşkar edilib.

Oyunlar başlayandan bəri aparılan testlər nəticəsində 0,2 faiz yoluxma halı qeydə alınıb. Oyunlarla əlaqəli bir nəfər xəstəxanaya yerləşdirilib”.

Həmin kateqoriyadan