- Baxış sayı: 34
- 28 Noyabr 2024 23:42
- Baxış sayı: 120
- Noyabr 28, 2024
- 0
AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov AVRO-2020-nin A qrupunda bu gün Bakıda keçiriləcək Uels – Türkiyə oyunu barədə fikirlərini bildirib. Allsport.az xəbər verir ki, o, Fransanın AFP agentliyinə açıqlamasında Azərbaycan və Türkiyə arasındakı münasibətlərdən bəhs edib:
“Bizim Türkiyə ilə köklərimiz birdi. Demək olar ki, dilimiz eynidi. Bu səbəbdən bir-birimizi başa düşürük. Bu da böyük üstünlükdü. Bugünkü matçda azərbaycanlı azarkeşlər Türkiyəyə böyük dəstək verəcək. Türkiyəli fanatlar üçün Bakıya səyahət etmək asandı, çünki birbaşa uçuşlar var. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın zəfərini qeyd etmək üçün burada olması iki ölkə arasındakı güclü əlaqələri göstərir. Bu, iki ölkə arasında qardaşlığın daha bir sübutudu. AFFA və Türkiyə Futbol Federasiyası AVRO-2020-nin püşkatması zamanı da Türkiyə yığmasının oyunlarının Bakıya düşməsinə çox sevinib”.
Bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək Uels – Türkiyə matçı saat 20:00-da başlayacaq.