- Baxış sayı: 43
- 20 Noyabr 2024 17:34
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Bu gün qadın voleybolçulardan ibarət “Azərreyl” komandası Çempionlar Liqasında növbəti oyununu keçirəcək. Allsport.az saytı xəbər verir ki, Bakı təmsilçisi evdə İstanbul “Fənərbağça”sıını qəbul edəcək. Görüşün baş hakimi rusiyalı Aleksandr Pavlov olacaq. Ona yunanıstanlı həmkarı Epaminondas Qerothoduros kömək edəcək.
“Dəmiryolçular” növbəti mərhələyə vəsiqəni təmin etmək üçün, bu oyunda ən azı 2 seti öz xeyrinə başa vurmalıdır. Hesabında 12 xal olan “Fənərbağça” qrup lideridir və növbəti mərhələyə vəsiqəni təmin edib. “Azərreyl” 9 xalla 2-ci, Polşanın “Dabrova Qornitsa” klubu 6 xalla 3-cü pillədə yer alır. Fransanın “Sen-Rafael” komandasının isə xalı yoxdur.