- Baxış sayı: 38
- 19 Dekabr 2025 23:49

- Baxış sayı: 156
- Dekabr 19, 2025
- 0


Bu gün “Qarabağ” çempionlar liqasının 3-cü ələməsinin cavab oyununda Şimali Makedoniyanın “Şkendiya” klubunu 5:1 (ilk görüş – 1:0) yenərək mərhələ adladı. Allsport.az saytı xəbər verir ki, Tofiq Bəhramov adına respublika stadionunda mətbuat konfransında “köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanov bunu dedi:
“Qarşılaşmada gözəl ovqat vardı, azarkeşlər möhtəşəmdi. Oyundan oyuna daha artırırıq. Pley-ofda bir qədər də yaxşı olmalıyıq.
“Qarabağ”da hər bir futbolçunun özəlliyi var. Komandada çoxdan oynayan bir-birini daha yaxşı anlayırlar. Amma yenilərdən də razıyam, uyğunlaşırlar.
Hər zaman cinahlarda üstün olmağa çalışırıq. Bu gün çox sürətliydik. Matçın əvvəlində 2:1-dən sonra ola bilsin rəqib düşdü və bu zaman bizdə qolların ardı gəldi. Çalışdıq ki, orta sahədə də nəzarəti əldən verməyək”.