Bu klubda maaşlar qalxacaq

“Tottenhem”in rəhbərliyi premyer liqada qalacağı təqdirdə maaş strukturunda köklü dəyişikliklər etməyi və heyətə böyük investisiyalar yatırmağı planlaşdırır.

Allsport.az xəbər verir ki, klubun sahibi olan “Lewis Family Trust”, illərdir oyunçu maaşlarına kifayət qədər vəsait ayrılmadığını etiraf edərək, bu yay genişmiqyaslı yenidənqurma işlərinə başlamağı hədəfləyir.

Hazırda London təmsilçisi turnir cədvəlində 16-cı pillədə qərarlaşıb. Komanda düşmə zonasından cəmi 4 xal uzaqdadır və çempionatda artıq 9 oyundur ki, qələbəyə həsrətdir.

Mənbə qeyd edir ki, premyer liqada yerini qoruyacağı təqdirdə klub rəhbərliyi maaş tavanını artıracaq və bir neçə ulduz futbolçunun transferini həyata keçirəcək. Hazırda “Tottenhem”in maaş fondu premyer liqanın “böyük altılıq” klubları arasında ən aşağı səviyyədədir.

Həmin kateqoriyadan