“Bu komanda ötən mövsüm konfrans liqasını qazanmışdı”

Avropa liqasının əsas mərhələsinin VIII turunda Yunanıstanda “Olimpiakos” ilə oyundan öncə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Allsport.az saytı xəbər verir ki, o, sabah baş tutacaq görüş barədə bunu deyib:

“Liqa mərhələsində son oyunumuzdur. Çox ciddi rəqibə qarşı mübarizə aparacağıq. Şübhə etmirəm ki, “Olimpiakos” bu mövsüm də Avropa liqasının qalibi olmağa iddialıdır. Bu komanda ötən mövsüm konfrans liqasını qazanmışdı.

Hədəfləri böyük olan kluba qarşı çıxış edəcəyik. Son oyunumuzda yaxşı oyun sərgiləmək və uğurlu nəticə əldə etmək istəyirik”.

Həmin kateqoriyadan

azenrutr