- Baxış sayı: 14
- 05 Dekabr 2025 14:55
- Baxış sayı: 48
- Dekabr 05, 2025
- 0

PSJ-nin müdafiəçisi Nunu Mendeş UEFA superkubokunda “Tottenhem”ə qarşı keçiriləcək oyun haqda danışıb.
Allsport.az xəbər verir ki, portuqaliyalı futbolçu rəqibin güclü komanda olduğunu deyib:
“Bu kubok bizim üçün çox vacibdir. Keçən mövsüm inanılmaz idi və yenisinə də eyni dərəcədə uğurla başlamaq istəyirik. Bu oyun bizim üçün mövsümə yaxşı başlamaq üçün vacibdir. Bu, klub üçün də vacibdir və kuboku qazanmaq üçün əlimizdən gələni edəcəyik”.
“Tottenhem”in əla komandası var. Avropa liqasını qazandılar, onların çoxlu güclü oyunçuları var. Ümid edirəm ki, biz onlara qalib gələcəyik”
Oyun bu gün İtaliyanın Udine şəhərində keçiriləcək. Qarşılaşmanın baş hakimi portuqaliyalı Joau Pedro Pineyro olacaq. 4-cü hakim isə Elçin Məsiyevdir.