“Bu kubok elektron poçt vasitəsilə deyil, meydanda qazanılır”

“Vest Hem”in və Seneqal millisinin müdafiəçisi Əl-Hacı Məlik Diuf Afrika futbol konfederasiyasının (CAF) millətlər kubokunun final oyununun nəticəsini ləğv etməsi və komandasına texniki məğlubiyyət verməsi ilə bağlı qərara münasibət bildirib.

Allsport.az xəbər verir ki, futbolçu Mərakeşlə qarşılaşmanın sonunda meydanı tərk etdiklərinə görə verilən bu qərarı sosial şəbəkə hesabında tənqid edib: “Bu kubok elektron poçt vasitəsilə deyil, meydanda qazanılır. Gecəniz xeyrə qalsın”.

Həmin kateqoriyadan