- Baxış sayı: 26
- 05 Dekabr 2025 12:55
- Baxış sayı: 148
- Dekabr 04, 2025
- 0

“Borussiya Dortmund”un baş məşqçisi Niko Kovaç çempionlar liqasının dördüncü turunda “Mançester Siti”yə 1:4 hesablı məğlubiyyətlə bağlı şərh verib.
Allsport.az xəbər verir ki, mütəxəssis inkişaf etməli olduqlarını söyləyib:
“Belə güclü oyunçulara qarşı səhv etmək olmaz. Biz inkişaf etməliyik, amma bu məğlubiyyət dəyərli bir təcrübə olacaq. “Mançester Siti”nin top komanda olduğunu və onlara qarşı qol vurmağın çox çətin olduğunu bilirdik. Belə fürsətlər yarandıqda çox dəqiq olmaq lazımdır. Fərq də elə bunda idi. Bizim də yaxşı qol fürsətlərimiz var idi, amma vura bilmədik”.
“Mançester Siti” çempionlar liqasının cədvəlində 10 xalla dördüncü yerə yüksəlib, “Borussiya Dortmund” isə yeddi xalla 12-ci yerdədir.