“Bu mərhələni keçmək bizim üçün vacib idi”

“Sumqayıt”ın baş məşqçisi Saşa İliç Azərbaycan kubokunun 1/8 finalında “Difai”ni 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonra mətbuat konfransında iştirak edib.

Allsport.az xəbər verir ki, serbiyalı mütəxəssis qələbəni belə şərh edib:

“Bu mərhələni keçmək bizim üçün vacib idi. Nəticə yaxşıdır, lakin oyunumuz istədiyim kimi alınmadı. Bəzi səhvlərimiz oldu. Çempionatda bu cür səhvlər bağışlanılmır. Artıq bu oyunu unudub növbəti matça köklənmək və səhvləri aradan qaldırmağa çalışmaq lazımdır”.

Həmin kateqoriyadan