- Baxış sayı: 27
- 14 Mart 2025 23:09
- Baxış sayı: 55
- Mart 14, 2025
- 0
Şuvəlanda yerləşən ağırlıqqaldırma akademiyasında U-15 və yeniyetmələr arasında Azərbaycan birinciliyinin rəsmi açılışı olub. Allsport.az saytı xəbər verir ki, dövlət himninin səsləndirilməsi ilə başlayan mərasimdə Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra AAF-in vitse-prezidenti Firdovsi Umudov yarış iştirakçılarını salamlayaraq, onlara uğurlar arzulayıb. Qeyd edib ki, bu yarışlarda körpücük üzərinə çıxan hər idmançı cəsarəti və əzmi ilə özünü qalib saymalıdır. Onların sağlam ruhda böyüməsi cəmiyyətimizin qələbəsidir.
Açılış mərasimi 2 mütəxəssis üçün xüsusən əlamətdar olub. Yaxın günlərdə 65 yaşını qeyd etmiş “əməkdar məşqçi” Azad Mustafayev və 60 yaşını tamamlamış “əməkdar məşqçi” Oruc Məmmədli AAF tərəfindən təltif ediliblər.