- Baxış sayı: 25
- 04 Dekabr 2024 11:36
- Baxış sayı: 316
- Dekabr 02, 2024
- 0
Gürcüstan millisinin hücumçusu Xviça Kvaratsxeliya açıqlama verib.
Allsport.az xəbər verir ki, “Napoli”nin futbolçusu Gürcüstanda keçirilən iğtişaşlar və mitinqlərə münasibət bildirib:
“Salam, mən ölkəmizdə baş verən hadisələri izləyirəm və bir vətəndaş kimi öz fikrimi, mövqeyimi bildirmək istəyirəm. Gürcü xalqının Avropa yolları ilə getmək istəyi və iradəsi bizim tarixi seçimimizdir. Bu, yeganə düzgün seçimdir və bu yoldan üz döndərmək qəbuledilməzdir. Bu ölkə xalqındır və heç kim xalqın iradəsindən üstün deyil.
Siz öz ölkənizə, xalqınıza zülm verirsiniz. Bunları görmək mənim üçün ağrılıdır! Gürcüstan bu gün Avropaya həmişəkindən daha çox layiqdir!”
Gürcüstanda etirazlar cümə axşamı baş nazir İrakli Kobaxidzenin ölkənin 2028-ci ilə qədər Avropa ittifaqına üzvlüyü ilə bağlı danışıqlara başlamaq məsələsinə baxılmasının dayandırılması qərarını elan etməsindən sonra başlayıb.