Bu ölkənin azarkeşləri DÇ-2026-ya buraxılmayacaq

Haiti, İran, Kot-d’İvuar və Seneqal azarkeşləri ABŞ-nin tətbiq etdiyi giriş qadağası səbəbindən DÇ-2026 oyunlarını buraxmaq riski ilə üzləşiblər.

Allsport.az xəbər verir ki, Prezident Donald Trampın imzaladığı sərəncama əsasən, bu ölkələrin vətəndaşlarına (adi azarkeşlərə) ABŞ-yə giriş məhdudlaşdırılıb.

İstisna yalnız futbolçular, məşqçilər və rəsmi nümayəndə heyətləri üçün nəzərdə tutulub. Məhdudiyyətə səbəb kimi təhlükəsizlik yoxlamalarındakı çatışmazlıqlar və viza müddətinin aşılması halları göstərilir. Azarkeşlər öz komandalarını canlı olaraq yalnız Kanada və Meksikada keçiriləcək oyunlarda dəstəkləyə biləcəklər.

Həmin kateqoriyadan