“Bu problemlər bir günlə düzəlməyəcək”

“Neftçi” premyer liqanın 19-cu turunda öz meydanında “Sabah” ilə 1:1 edib. Allsport.az saytı xəbər verir ki, “ağ-qaralar”ın baş məşqçisi Samir Abbasov mətbuat konfransında bunu deyib:

“Oyuna qələbə üçün çıxmışdıq və bunun üçün hər şeyi edirdik. Həddindən artıq ümidli, motivasiyalı idik. Qəbələ toplanışında klubumuzun televiziyasına müsahibəmdə hazırlığımızın necə möhtəşəm keçdiyini demişdim.

İnanmıram ki, futbolçular bu gün bir xal üçün oynayırdılar. Fikirləşirəm ki, maraqlı görüş alındı. Qol epizodları çox olmadı deyə, oyun kiməsə maraqsız gələ bilər, amma futbolçularım yaxşı mübarizə apardılar. İşimiz o qədər çoxdur ki…

Düzdür, bu oyunda futbolçularım intizamı sona qədər qoruyub saxladılar. Rəqibə çox fürsət vermədik. Lakin meydanda intizamı, psixoloji məqamları düzəltməliyik, “Neftçi” adına çoxlu hücumlar etməliyik. Bu problemlər bir günlə düzəlməyəcək”.

Həmin kateqoriyadan