- Baxış sayı: 45
- 06 Mart 2026 22:52
- Baxış sayı: 255
- Mart 05, 2026
- 0

Çempionlar liqasının əsas mərhələsinin I turunda “Benfika”ya qalib gələn “Qarabağ” bu qələbəni Azərbaycan prezidenti İlham Əliyevə həsr edib.
Allsport.az xəbər verir ki, bunu açıqlamasında klubun prezidenti Tahir Gözəl deyib.
O bildirib ki, Azərbaycan futbolu tarixinə çempionlar liqasının əsas mərhələsində əldə olunan ilk qələbə kimi düşən bu oyun ölkə başçısına həsr edilir: “Bu qələbəni Qarabağın fatehi, tarixi şəxsiyyət, xalqın böyük və dahi rəhbəri, ali baş komandan cənab İlham Əliyevə həsr edirik”.
“Qarabağ” Portuqaliyadakı qarşılaşmada 0:2 hesabı ilə geri düşsə də, üç qol vuraraq əzmkar qələbə qazanıb – 3:2. Bu, Azərbaycan klublarının çempionlar liqasının əsas mərhələlərində ilk qələbəsi olub.