- Baxış sayı: 38
- 22 Noyabr 2024 16:28
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
UEFA Avropa Liqasının qrup mərhələsinin ikinci turunun “Krasnodar” (Rusiya) – “Qəbələ” oyunundan bir gün əvvəl “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Allsport.az ukraynalı mütəxəssisin fikirlərini sizlərlə bölüşür:
“Avropa Liqasının oyununa yaxşı hazırlaşmışıq. Bütün komandamız bu qarşılaşmaya köklənib. Vacib oyun öncəsi komandadakı əhval-ruhiyyə də yüksək səviyyədədir. “Krasnodar” baxımlı, yaxşı futbol nümayiş etdirir. Matç ərzində çox az top itkisinə yol verir. Hücum potensialı böyük olan rəqibimizin yaxşı imkanları var. Çox sürətli və cəld oynayırlar. “Krasnodar”ın çox güclü baş məşqçisi var. Oleq Kononovun rəhbərlik etdiyi komandaları məzmunlu, konkret və dəqiq oyun nümayiş etdirir. Bütün bunlar da vacib amillərdəndir. Buna baxmayaraq, biz də bir neçə dəfə hər rəqiblə matça hazırlaşmaq gücündə olduğumuzu göstərmişik. “Krasnodar”ı da yaxşı təhlil edirik. Çox güclü komandaya qarşı oynayacağımızdan çətin olacaq. “Krasnodar”la qarşılaşmada düzgün və ağıllı oynamalıyıq. Bu çox vacibdir. Təbii ki, müəyyən addımlar da rəqibə uyğun olaraq atılacaq”.