- Baxış sayı: 35
- 22 Noyabr 2024 17:47
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Ötən gün Türkiyənin Antalya şəhərində yoldaşlıq oyunu keçirmiş 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Təbriz Həsənov açıqlama verib. Allsport.az xəbər verir ki, o, 9:0 hesablı qələbədən sonra bunları söyləyib:
“Bu gün yaxşı məşq keçdik. Çünki rəqib istədiyimiz səviyyədə olmadı. Ona görə də bu qarşılaşmanı oyundan çox məşq adlandırmaq olar. Uşaqlarda məşqdəki kimi hər şey alındı. Belarus yığması ilə keçiriləcək növbəti oyun çətin olacaq. Özü də bu cür qələbədən sonra oynamaq asan deyil. Uşaqlarda arxayınlıq yarana bilər. Amma yenə də onları növbəti görüşə yaxşı hazırlamağa çalışacağıq. Nə qədər güclü rəqiblə oynasaq, komandamızın müsbət və mənfi tərəflərini bir o qədər tez ayırd edərik”.