“Bu, qrupdakı ən çətin oyundur”

Niderland millisinin baş məşqçisi Ronald Kuman DÇ-2026-nın seçmə mərhələsində Polşa ilə keçiriləcək matçdan gözləntilərini bölüşüb.

Allsport.az xəbər verir ki, Kuman mətbuat konfransında çıxışı zamanı bunu deyib:

“Biz qələbə üçün oynayırıq – bu, oyuna yanaşmamızdır. Yaxşı mövqedəyik və əgər işi bitirmək fürsəti olsa, bundan mütləq istifadə edəcəyik. Bu, qrupdakı ən çətin oyundur. Bu matça necə yanaşacağımızı görmək mənim üçün maraqlıdır, lakin sonda ən vacib şey növbəti mərhələyə çıxmaqdır.”

Polşa – Niderland matçı bu gün Bakı vaxtı ilə 23:45-də başlayacaq.

Həmin kateqoriyadan