- Baxış sayı: 34
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 51
- Dekabr 05, 2025
- 0

PSJ-nin hücumçusu Osman Dembele çempionlar liqasının əsas mərhələsinin 3-cü turunda “Bayer Leverkuzen” komandası üzərində qazanılan möhtəşəm qələbəni (7:2) şərh edib.
Allsport.az xəbər verir ki, fransalı futbolçu komandasının çıxışından məmnunluğunu ifadə edib:
“Çox yaxşı oyun idi. Maksimum xalla cədvəlin zirvəsindəyik. Bilirik ki, qarşıda digər çətin matçlar var, lakin ilk səkkizliyə düşmək üçün mübarizəni davam etdirəcəyik. PSJ turnirə çox yaxşı başladı. Xüsusilə də keçən mövsümki ağır startı xatırlasaq. Biz yaxşı mövqedəyik və bu ruhda davam etməyə ümid edirik”.
PSJ 9 xalla turnir cədvəlinə başçılıq edir. “Bayer” isə 2 xalla 27-ci pillədə qərarlaşıb.