“Bu səhv qərar idi və bizə çox pis təsir etdi”

“Zəfər turu” çərçivəsində “Qarabağ” öz meydanında “Neftçi”ni 2:0 məyus edib. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında qonaqların baş məşqçisi Samir Abbasov yenigiyə belə aydınlıq gətirib:

“Komandamız pis oynamadı. Fikrimcə, ilk hissədə yetərincə yaxşı oyun göstərdik və sonadək belə davam etdik. Bu cür matçlarda çox qol epizodu yaratmaq çətin olur, lakin 2-3 imkanımız oldu. Çox yaxşı hücumçularımız var. Abubakarın gəlişindən sonra digər ön xətt oyunçularımız daha yüksək motivasiya qazanıblar.

Bu cür derbilərdə belə ucuz penalti verilməz. Əgər baş hakim deyir ki, bu kontakt oyunudur, bəs nə üçün “Zirə” və “Turan Tovuz”la matçlarda bizim lehimizə penalti verilmədi. Bu səhv qərar idi və bizə çox pis təsir etdi. Komandamdan çox razıyam, fərqli “Neftçi”ni izləyirik.

Bu qədər azarkeşin, jurnalistin gəlməyinin səbəbkarı əsla “Qarabağ” deyil, “Neftçi”dir. Çox yaxşı komanda qururuq. Nəyi daha yaxşı edə bilərik deyə, üzərində işləyib yolumuza davam edəcəyik”.

Həmin kateqoriyadan