“Bu, tarixi hadisədir”

“Nyukasl Yunayted”in baş məşqçisi Eddi Hau çempionlar liqasının 1-ci turunda “Barselona” ilə ev oyunu ilə bağlı gözləntilərini bölüşüb.

Allsport.az xəbər verir ki, o, zədə səbəbindən oyunu buraxacaq rəqibin gənc ulduzu Lamin Yamal barədə də danışıb:

“Bu, tarixi hadisədir. Püşkatmanı görəndə çox gözəl hisslər keçirdim. Qarşıda bizi çox gözəl matç gözləyir və mən bunu çox səbirsizliklə gözləyirəm.

Yamalın oynaya bilməyəcəyi təəssüfləndiricidir. Onun çıxışını görmək istəyərdim. “Barsa” üslub baxımından çox yaxşı komandadır.”

Komandalar arasında görüş bu gün Nyukaslda keçiriləcək.

Həmin kateqoriyadan