“Bu tarixi qərar idmana göstərilən xüsusi diqqətin göstəricisidir”

AFFA-nın prezidenti Rövşən Nəcəf 20 yaşadək futbolçulardan ibarət komandalar arasında 2027-ci ildə keçiriləcək dünya çempionatının Azərbaycan və Özbəkistanın birgə ev sahibliyi etməsinə dair FİFA icraiyyə komitəsinin qərarı ilə bağlı paylaşım edib.

Allsport.az xəbər verir ki, R.Nəcəf paylaşımında bildirib: “FİFA icraiyyə komitəsinin qərarına əsasən, 2027-ci ildə 20 yaşadək futbolçular arasında dünya çempionatının final mərhələsi Azərbaycan və Özbəkistanda keçiriləcək.
Bu mühüm və tarixi qərar dövlət başçıları arasında mövcud olan dostluq münasibətlərinin, ölkələrin rifahına və inkişafına yönələn siyasətin, həmçinin hər iki ölkədə idmana göstərilən xüsusi diqqət və qayğının bariz göstəricisidir. Dəstəyə görə FİFA prezidenti Canni İnfantinoya və icraiyyə komitəsinin üzvlərinə təşəkkürümü bildirirəm”.

Həmin kateqoriyadan