- Baxış sayı: 33
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Bu gün “Qarabağ” Avropa liqasının 1/16 finalında Tofiq Bəhramov adına respublika stadionunda Portuqaliyanın “Braqa” klubuna əlavə vaxtda 2:3 yenilsə də, ilk matçda səfərdə 4:2 qalib gəldiyindən mərhələ adlayan tərəf oldu. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında baş məşqçimiz Qurban Qurbanov bunu söylədi:
“Bu gün bir azərbaycanlı kimi birliyi görəndə, çox sevindim. Bu xalq qələbəyə layiqdir. 44-günlük 2-ci Vətən müharibəsində bir yumruq olaraq, qalib gəldik. O dönəmdən birliyimiz davam edir. Daha mətinləşirik, bərkiyirik.
Belə oyunlarda qırmızı vərəqə ovqatı korlayır. Birdən-birə sarı kartlar arzuolunmazdır. Futbol aqressiv idman növüdür. Hakimlər bunu nəzərə almalıdırlar. Məğlub olsaydıq da, çox şeyi öyrənəcəkdik. Amma mərhələ adlamaq çox yerinə düşdü”.