- Baxış sayı: 35
- 17 Dekabr 2024 23:44
- Baxış sayı: 62
- Dekabr 17, 2024
- 0
Bakı tennis akademiyasında ümummilli lider Heydər Əliyevin xatirəsinə dövlət qurumları arasında III minifutbol turnirinin açılışı oldu. Allsport.az saytı xəbər verir ki, mərasimdən sonra gənclər və idman naziri Fərid Qayıbov açıqlama verdi:
“Bu yarış ildən-ilə daha məşhurlaşır. Təbii ki, belədə, rəqabət də artır. Dövlət qurumları məmnuniyyətlə bu turnirə qatılırlar. Məqsəd, asudə vaxtın səmərəli təşkili və sağlamlıqdır.
Bu tədbir mövsümboyu keçirilir və may ayında bitir. Azarkeşlərin gəlişi bizi sevindirir. Onlar mübarizəyə rəng qatlrlar.
İnişil fövqəladə hallar nazirliyi, ötən il ədliyyə nazirliyinin komandası qalib olub. 1-ci yeri tutan ölkəmizi beynəlxalq arenada təmsil edir”.