Budapeştdə “Qarabağ”dan möhtəşəm geridönüş! “Kəhər atlar” ÇL-in qrupuna 1 addım da yaxınlaşdı!

“Qarabağ” çempionlar liqasının pley-offunun ilk oyununda Budapeştdə “Ferensvaroş” (Macarıstan) ilə üz-üzə gəlib. Allsport.az saytı xəbər verir ki, oyuna “kəhət atlar” üstün başlasa da, qol rəqibdən gəlib. 29-cu dəqiqədə yerli hücumçu Barnabas Varqa hesabı açıb.

Fasilədə toparlanan Azərbaycan klubu 2-ci hissənin əvvəlində tarazlığı bərpa edib. 50-ci dəqiqədə Leandro Andradenin ötürməsini Marko Yankoviç uzaqdan hiyləgər zərbə ilə qapıya yönəldib. Qoldan ruhlanan “Qarabağ” təzyiqi artıraraq 17-ci dəqiqə yenə fərqlənib.

Kadi Borgesin küncdən zərbəsindən top Bəhlul Mustafazadənin başından sıçrayaraq Kevin Medinanın önünə düşüb. Kolumbiyalı müdafiəçi sürüşərək onu çərçivəyə göndərib.

Əks-hücumda “yaşıl qartallar”ı yaxalayan “kəhər atlar” daha bir qol vurub. Yenicə meydana girən Musa Qurbanlı 85-ci dəqiqədə Kadini Borgesin mükəmməl ötürməsi ilə təkbətək çıxaraq sol ayaqla topu uzaq küncə vurub.

Həmin kateqoriyadan