- Baxış sayı: 37
- 22 Mart 2026 15:50
- Baxış sayı: 168
- Mart 22, 2026
- 0
“Neftçi”dən bir neçə legionerinə yayda özlərinə yeni klub tapmaları tövsiyə olunub. Allsport.az saytı sportinfo.az-a istinadən xəbər verir ki, «ağ-qaralar» büdcəni azaltmaq üçün mövsümün sonunda əcnəbilərin çoxu ilə vidalaşacaq.
Bayraqdarın 2-3, maksimum 4 legioner saxlayacağı bildirilir. Qalanları ilə müqavilələr ya uzadılmayacaq, ya da bir formada ləğv olunacaq.
Karyerasını Azərbaycanda davam etdirmək istəyənlər də yeni təklifə razılıq verməlidir: ödəmələri müəyyən bir həddə endirilsin. Rəqəm 200-250 min dollar civarında dövr edəcək.