Buenos Ayres-2018-ə növbəti vəsiqə: olimpiya oyunlarına ilk dəfə qız ağırlıqqaldıranla

Buenos Ayres-2018 yeniyetmələrin olimpiya oyunlarının ağırlıqqaldırma növündə daha bir vəsiqə qazanmışıq. Allsport.az saytı xəbər verir ki, bu barədə İWF-dən AAAF-a məktub daxil olub. Lisenziyanın bir qız idmançı üçün nəzərdə tutulduğu qeyd edilib.

Oyunların təsnifat mərhələsi sisteminə əsasən boş yerlərə yenidən idmançıların təyinatı həyata keçirilib. Bunun nəticəsində Azərbaycana əlavə bir lisenziyanın verilməsi qərara alınıb. Ötən ilin aprelində Tailandda keçirilmiş  yeniyetmələrin dünya birinciliyində oğlanlarda milli komandamız 9-cu yeri tutaraq, ilk vəsiqəni qazanmışdı.

Xatırladaq ki, Buenos Ayres-2018 oktyabrın 6-13-də keçiriləcək.

 

Həmin kateqoriyadan