- Baxış sayı: 32
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 90
- Noyabr 21, 2024
- 0
Topaz Premyer Liqasının VII turunda “Araz Naxçıvan”a 2:1 hesabı ilə qalib gələn “Bakı” klubunu sabiq baş məşqçisi Bülənd Qorxmaz da təbrik edib. Allsport.az saytı xəbər verir ki, Türkiyə “Qalatasaray”ının əfsanəvi kapitanı matçdan dərhal sonra vitse-prezidenti Yaşar Seyidova telefon açıb. O, komandanın oyununu internet vasitəsilə izlədiyini və əsasən, gənclərdən qurulmuş heyətin çıxışından qürurlandığını bildirib.
“Bakı”nı ilk qələbə münasibətilə təbrik edən anadolulu mütəxəsis Aqil Məmmədov, Mahir Mədətov və Valeh Seyidov kimi futbolçuları hələ klub akademiyasında təhsil aldıqları vaxt izlədiyini, indi isə əsas komandada qələbəyə böyük töhfə vermələrinə sevindiyini qeyd edib. “Böyük kapitan” yenidən komandada təmənnasız çalışmağa hazır olduğunu da vurğulayıb.