“Buna birdəfəlik məğlubiyyət kimi baxmalıyıq”

“Real Madrid”in baş məşqçisi Xabi Alonso çempionlar liqasının dördüncü turunda “Liverpul”a 0:1 hesablı məğlubiyyəti şərh edib.

Allsport.az xəbər verir ki, ispaniyalı mütəxəssis komandasının yaxşı oynadığını bildirib: “Biz yaxşı tempdə oynadıq. Amma hücumda üstünlüyümüz çatışmırdı. Buna birdəfəlik məğlubiyyət kimi baxmalıyıq. Yaxşı mübarizə apardıq və “Liverpul”la bərabər şərtlərdə oynadıq. Bundan mütləq dərs çıxaracağıq. Əsas məsələ lazımsız qayda pozuntularından və künc zərbələrindən qaçmaqdır”.

Komandalar doqquz xalla altıncı və beşinci yerdədirlər.

Həmin kateqoriyadan