“Buna hazır olmalıyıq”

Allsport.az saytı xəbər verir ki, “Barselona”nın baş məşqçisi Hans-Diter Flik çempionlar liqasının əsas mərhələsinin 2-ci turunda İsveçrə “Yanq Boyz”u ilə ev oyunu ilə bağlı gözləntilərini bölüşüb. Sitat:

““Yanq Boyz” ötən mövsüm çempionluğunu qazansa da, bu il onların startı çox arzuolunmazdır. Bununla belə, “Aston Villa” ilə qarşılaşmada özlərini sürətli komanda kimi göstərdilər və diqqətli olmalıyıq. Bu gənc və yaxşı komandadır, buna hazır olmalıyıq”.

Yarışın startında İspaniya klubu “Monako”ya (1:2), “Yanq Boyz” isə “Aston Villa”ya (0:3) uduzub.

Həmin kateqoriyadan