- Baxış sayı: 41
- 20 Yanvar 2026 20:43
- Baxış sayı: 55
- Yanvar 20, 2026
- 0

“Sabah” premyer liqada 300-cü qolunu vurub.
Allsport.az xəbər verir ki, yubiley qoluna İqor Noqeyra imza atıb.
O, XI turun “Kəpəz”lə səfər görüşündə (3:1) komandasının sonuncu topunun müəllifi olub. “Sabah” yüksək dəstədəki 222-ci matçında 300-ə çatıb. Paytaxt təmsilçisi ölkə çempionatları tarixində buna nail olan 15-ci komandadır. Bakı klubu evdə 158, səfərdə 142 dəfə fərqlənib.
“Sabah” ilk qolunu 2018-ci il avqustun 12-də “Keşlə” ilə səfər matçında imza atıb – 1:0. Həmin qolun müəllifi Marko Deviç olub.