“Bunu çoxdan gözləyirdim”

“Real Madrid”in yarımmüdafiəçisi Franko Mastantuono la liqanın 6-cı turunda “Levante”yə 4:1 hesabı ilə qalib gəldikləri oyunda qol vurmağı bacarıb.

Allsport.az xəbər verir ki, argentinalı oyunçu “kral klubu”nda debüt qolunu belə şərh edib:

“Bu, təkrarolunmaz hiss və inanılmaz bir andır. Bunu çoxdan gözləyirdim. Bundan başqa, komanda rahat qələbə qazandı və bu, çox müsbət haldır. Özümü çox sakit hiss edirəm. “Real”da olmaq mənim üçün zövq və arzudur”.

Mastantuono 2025/26 mövsümündə “Real Madrid”də 6 oyun keçirib. O, Madrid klubuna avqustda “River Pleyt”dən transfer olunub.

Həmin kateqoriyadan