“Bunu təxmini bilsək də, “Turan Tovuz”u yaxşı tanımırdıq”

Premyer liqasının 4-cü turunun “Qarabağ” – “Turan Tovuz” oyunundan (0:1) sonra meydan sahiblərinin baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Allsport.az saytı 52 yaşlı mütəxəssisisin açıqlamasını təqdim edir:

“Bizim üçün çox vacib bir oyun oldu. Qarşımızda çox yaxşı müdafiə olunan, vuruşan komanda var idi. Kurban Berdıyev müdafiəmi qurmaqda tanınmış mütəxəssislərdən biridir. Çox keyfiyyətli əks-hücumları olur.

Bunu təxmini bilsək də, “Turan Tovuz”u yaxşı tanımırdıq. Bizim fikrimiz istər-istəməz daha çox avrokuboklardadır. Rəqib istəyi, davranışı, oyun nizam-intizamı ilə qələbəni haqq edib. Komandanı və Tovuz azarkeşlərini təbrik edirəm, orada futbola həmişə maraq böyük olub.

Bu gündə şahid olduq ki, stadionda Tovuzdan gələn nə qədər azarkeş var idi. Çempionat boyu yaxşı rəqibimiz olacaq. Öz azarkeşlərimizə təşəkkür edirəm, sonadək yanımızda idilər”.

Həmin kateqoriyadan