“Bunun üzərində çalışacağıq”

“Araz-Naxçıvan”a 0:2 hesabı ilə uduzan “Kəpəz”in baş məşqçisi oyundan sonra mətbuat konfransında iştirak edib.

Allsport.az xəbər verir ki, mütəxəssis görüşü belə şərh edib: “Düşünürəm ki, əvvəlki oyunlarla müqayisədə daha aqressiv futbol nümayiş etdirdik. Sadəcə oyun ərzində buraxdığımız ən böyük səhv qolla nəticələndi. Təbii ki, xoş deyil. İstəyirik ki, komandanı daha da toparlayaq və əvvəlki oyunlara nisbətən daha aqressiv, daha istəkli kollektiv görək. Bunun üzərində çalışacağıq”.

Həmin kateqoriyadan