- Baxış sayı: 49
- 08 Fevral 2026 11:42
- Baxış sayı: 109
- Fevral 09, 2026
- 0

Azərbaycan superliqasında çıxış etmiş qadın voleybolçu Vera Kilimoviç karyerasını ilk dəfə Türkiyədə davam etdirəcək. Allsport.az saytı xəbər verir ki, təcrübəli blokçu «Bursaspor»la anlaşıb. Keçidi barədə voleybolunadresi.com-a geniş müsahibə verən xanım idmançı, ölkəmizdə oynadığı və burada xoş təəssürat aldığını deyib:
«Bakı «Lokomotiv» ilə gözəl günlər keçirdim. Bu klubla bir dəfə Çağırış kubokunu qazandım. Ən son Belarus millisində çıxış etmişəm. Komandamla Avropa çempionatının ələmələrində iştirak etdim. Heyətdə ən yaxşı blok quran 2-ci voleybolçu sayıldım. İndi əsas düşüncəm Türkiyə 1-ci liqasında uğurlu olmaqdır. Ona görə hazırlığa erkən başlamışam».
Qeyd edək ki, hazırda Vera Kilimoviçin həyan yoldaşı olan «Bursaspor»un braziliyalı baş məşqçisi Angelo Verçesi də xeyli müddət Azərbaycannda çalışıb.