- Baxış sayı: 20
- 10 Mart 2026 17:57
- Baxış sayı: 298
- Mart 05, 2026
- 0

2022/23 mövsümünü çempion kimi bitirmək istəyən “Qalatasaray” “İstanbulspor”u (2:0) hesabı ilə məğlub edib.
Allsport.az xəbər verir ki, qarşılaşmanın 69-cu dəqiqəsində meydana çıxan Nikolo Zaniolo 75-ci dəqiqədə qırmızı vərəqə alaraq, meydandan uzaqlaşdırılıb. Lakin hər şey bundan sonra başlayıb.
Paltardəyişmə otağına gedən Nikolo çox əsəbiləşib.
Bu haqda məlumat verən “aslanlar”ın baş məşqçisi Oxan Buruq belə deyib: “Mən Zaniolonun istedadından istifadə etmək istəyirdim. Ancaq bəxtsizlik oldu və qırmızı kart aldı. O, bunu qəsdən etməyib”.