“Buskets baş məşqçi olmaq istəyir”

“Komo”nun baş məşqçisi Sesk Fabreqas karyerasını başa vurduğunu elan edən həmyerlisi Serxio Busketsin məşqçi olmaq istədiyini bildirib.

Allsport.az xəbər verir ki, “İnter Mayami”nin 37 yaşlı oyunçusu Buskets MLS mövsümünün sonunda butslarını mismardan asacağını açıqlayıb.

“O, mənim dostum və inanılmaz insandır, həm də böyük futbolçudur. Düşünürəm ki, onun vaxtı yetişib, o, gənc futbolçulara yol açmalıdır. Belə bir karyera qurmaq inanılmazdır. Buskets məşqçi olmaq istəyir, bunu bilirəm”, deyə Fabreqas söyləyib.

Həmin kateqoriyadan