“Bütün Azərbaycanın gözü bizdə olacaq”

Çempionlar liqasının əsas mərhələsinin IV turunun “Qarabağ” – “Çelsi” (İngiltərə) oyunundan əvvəl komandamızın futbolçusu Elvin Cəfərquliyevin iştirakı ilə mətbuat konfransı keçirilib. 

Allsport.az xəbər verir ki, müdafiəçi matça hazır olduqlarını deyib: “Sabah böyük komandaya qarşı oynayacağımızın fərqindəyik. İnamlı, mübariz və səbirli olmalıyıq. Matçın mahiyyətinin nə qədər böyük olduğunu bilirik. Bütün Azərbaycanın gözü bizdə olacaq. Buna baxmayaraq, komanda olaraq çox rahat olmalıyıq. Rəqibi təhlil etmişik, mənfi və müsbət tərəflərini bilirik. Bir az fərqli sistemdə çıxış edirlər. Çox güclü futbolçuları var. Cüzi səhvdən yararlanmağı bacarırlar. Buna görə də diqqətli olmalıyıq. Komanda olaraq görüşə hazırıq”.

Həmin kateqoriyadan