Buxara dövlət universitetinin 95 illiyində

Sentyabrın 9-da Özbəkistanın Buxara dövlət universitetinin 95 illiyi münasibətilə təntənəli tədbir keçirilib. Allsport.az saytı xəbər verir ki, yubiley mərasimində Azərbaycan idman akademiyasının (ASA) Keyfiyyət təminatı və ömürboyu təhsil üzrə prorektoru Rafail Novruzov iştirak edib.

Tədbirdə çıxış edən həmyerlimiz universitetin kollektivini əlamətdar yubiley münasibətilə təbrik edib, Buxara Dövlət Universitetinin beynəlxalq miqyasda apardığı elmi və tədris fəaliyyətini yüksək qiymətləndirib.

Yubiley çərçivəsində ASA-nın prorektoru Buxara dövlət universitetinin rektoru, professor Abidcan Həmidov və universitetin rəhbər heyəti ilə görüşüb. Görüşdə iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, tələbə və müəllim mübadiləsi, həmçinin birgə elmi layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub.

Həmin kateqoriyadan