- Baxış sayı: 13
- 05 Dekabr 2025 11:45
- Baxış sayı: 147
- Dekabr 04, 2025
- 0

21 yaşadək futbolçulardan ibarət Azərbaycan komandası Avropa çempionatının seçmə mərhələsində beşinci oyununa çıxıb.
Allsport.az xəbər verir ki, “B” qrupunda yer alan millimiz Cəbəllütariqin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
“Europa Point Stadium” keçirilən görüşdə komandamız Murad Məmmədovun 54-cü dəqiqədə vurduğu qol sayəsində 1:0 hesablı qələbə qazanıb. Bu nəticədən sonra Rəşad Eyyubovun rəhbərlik etdiyi kollektiv xallarının sayını 5-ə çatdırıb.
U-21 qrupda növbəti görüşünü gələn il martın 27-də evdə Portuqaliya yığmasına qarşı keçirəcək.