- Baxış sayı: 31
- 24 Noyabr 2024 12:59
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
“2020-ci il sentyabrın 28-i səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin Yasamal rayon idarəsinə könüllü şəkildə müraciət etdim. Məni sentyabrın 29-da “N” saylı hərbi hissəyə yolladılar. Orada təlimlər keçdik”.
Allsport.az saytı xəbər verir ki, bunu kikboks millisinin üzvü Fərid Ağamoğlanov deyib. O bu gün Azərbaycanda 27 sentyabr – Anım günü ilə bağlı işrirak etdiyi 2-ci Vətən müharibəsində Zəfərə gedən yolda baş verənlərdən danışıb:
“Oktyabrın 1-də Füzuli istiqamətində döyüşlərdə iştirak etdik. Sonra Cəbrayıl, Hadrut, Xocavənd istiqamətində irəlilədik. Son nöqtə olaraq Zəngilanda – Ağcakənddə dayandıq. Çox qürurverici hissdir ki, 30 il düşmən əsarətində qalan torpaqları azad etdik. Bir azərbaycanlı oğlu olaraq fəxr edirəm ki, bizim torpaqlarımız artıq azaddır.
Cənab prezident tərəfindən medallarla təltif olunmuşam. “Cəbrayıl və Xocavəndin azad olunmasına görə” medallarım var. Həmçinin, “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşam”.