- Baxış sayı: 9
- 23 Aprel 2025 21:44
- Baxış sayı: 59
- Aprel 23, 2025
- 0
İran çempionatında 12-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən “Traktorsazi”, “Malavan” və “Göstəriş” klubları da növbəti matçına çıxıb.
“Traktorçular” doğma meydanda “Siah Jamegan” ilə qarşılaşıblar və 0:0 hesablı heç-heçəyə razılaşıblar.
Təbrizin elitadakı digər klubu – “Göstəriş” isə səfərdə “İstiqlal”la qarşılaşıb və 0:1 hesabıyla uduzub.
Cənubi Azərbaycanı İran çempionatında təmsil edən Ənzəlinin “Malavan” komandası da turu məğlubiyyətlə başa vurub. Bu komanda səfərdə “Saypa”ya 1:2 hesabıyla məğlub olub.
Bu nəticələrdən sonra “Göstəriş” 16 klub arasında 17 xalla 8-cidir. “Malavan” 16 xal toplayıb və 9-cu pillədədir. “Traktorsazi” isə 15 xalla 11-cidir.